Bakıda iki qardaşın qanını tökən şəxsin cəzası yüngülləşdirilmədi
29 iyun 2015 11:41 (UTC +04:00)

Bakıda iki qardaşın qanını tökən şəxsin cəzası yüngülləşdirilmədi

Bakı Apellyasiya Məhkəməsində iki qardaşın qanını axıtmaqda təqsirləndirilən Samur Həsənovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, keçirilən prosesdə qərar qəbul olunub. Məhkəmənin qərarına əsasən şikayət təmin edilməyib.

 

Qeyd edək ki, ötən il iyulun 12-də Biləcəri qəsəbəsi ərazisində S. Həsənov Fərid Həsənova odlu silahla atəş açıb, qardaşı Şəhriyara isə bıçaqla xəsarət yetirib. F.Həsənov hadisə yerində ölüb, Şəhriyar isə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş S.Həsənov tutulub. Məlumata görə, aralarında mübahisə baş vermiş şəxslər idmançı olublar və eyni idman zalında məşq ediblər.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Həsənov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S. Həsənov cəzasının azaldılması məqsədi ilə apellyasiya şikayəti verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328

Oxşar yazılar