Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 1980-ci il təvəllüdlü Nahid Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası aprelin 19-na təyin edilib.
Qeyd edək ki, hadisə keçən il sentyabrın 13-də saat 03:30 radələrində Tbilisi prospektində baş verib. Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Rasim Hüseynova və Zaur Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirilib. Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub. Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü Nahid Əliyev tutulub.