Babək prospektində qanlı dava: ölən var - YENİLƏNİB
24 may 2017 10:56 (UTC +04:00)

Babək prospektində qanlı dava: ölən var - YENİLƏNİB

Bakıda bıçaqlanan şəxs xəstəxanada ölüb. Lent.az xəbər verir ki, mayın 23-də Nizami rayonu ərazisində - Babək prospektinin NZS qəsəbəsinə düşən hissəsində 46 yaşlı Heydərov Valeh Səttar oğlu kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Sabit Bağırov tutulub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

*****

 

10:39

 

Bakıda bıçaqlanma hadisələri baş verib. Lent.az xəbər verir ki, Nərimanov rayonu ərazisindən 1963-cü il təvəllüdlü Kərimov Yaşar Adil oğlu bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Onun kim tərəfindən, hansı şəraitdə bıçaqlanması məlum deyil.

 

Oxşar hadisə Nizami rayonu NZS qəsəbəsində də baş verib. 1971-ci il təvəllüdlü Heydərov Valeh Səttar oğlu naməlum şəs tərəfindən bıçaqlanıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Nizam Rza

Oxşar yazılar