Bakıda iki ev yandı
06 aprel 2014 13:45 (UTC +04:00)

Bakıda iki ev yandı

Bu gün Bakının müxtəlif yerlərində yanğın hadisələri baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan ikimərtəbəli, 5 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və dam örtüyü 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Oxşar hadisə Suraxanı rayonunda da qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

# 564
avatar

Oxşar yazılar