Bakı şəhəri, Səbail rayonunda “Ford” markalı mikroavtobus və “Daewoo” markalı avtobus toqquşub. Lent.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Ford” markalı mikroavtobusun sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiyaya uğramış mikroavtobusundan 1986-cı il təvəllüdlü Əhmədov Turan Qabil oğlunun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyatı üzrə təhvil veriblər.