![Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşının istəyi reallaşmadı](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşının istəyi reallaşmadı
Bakı Apellyasiya Məhkəməsində Bakıda cəzaçəkmə müəssisəsində cəza çəkən erməni əsilli Marat Ueldanovun saxlanma rejiminin dəyişdirilməsi barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Lent.az-ın xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Ueldanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M.Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.
Daha sonra M.Ueldanovun saxlanma rejimi dəyişdirilib. Belə ki, müəssisənin rəisi M.Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə Xəzər Rayon Məhkəməsinə təqdimatla müraciət edib. Məhkəmə təqdimatı təmin edib və M.Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul olunub. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyib.
Oxşar yazılar
![Bakıda gənc ailə ölmüş vəziyyətdə TAPILDI: Aytən 8 aylıq hamilə imiş - TƏFƏRRÜAT](https://lent.az/storage/news/2025/february/13/big/67ae23cfe217e67ae23cfe217f173946567967ae23cfe217c67ae23cfe217d.webp)
Bakıda gənc ailə ölmüş vəziyyətdə TAPILDI: Aytən 8 aylıq hamilə imiş - TƏFƏRRÜAT
13 fevral 2025 , 20:54![Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə davam etdirilib](https://lent.az/storage/news/2025/february/13/big/67ae1459050c667ae1459050c7173946172167ae1459050c467ae1459050c5.jpg)
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə davam etdirilib
13 fevral 2025 , 19:48![Bakıda kişi liftdə öldü](https://lent.az/storage/news/2025/february/13/big/67adf4221939867adf42219399173945347467adf4221939667adf42219397.jpg)
Bakıda kişi liftdə öldü
13 fevral 2025 , 19:33![İki aylıq qızını satan ana saxlanıldı](https://lent.az/storage/news/2025/february/13/big/67aded658b11a67aded658b11b173945174967aded658b11867aded658b119.jpg)
İki aylıq qızını satan ana saxlanıldı
13 fevral 2025 , 17:49![Bakıda küçədə kişi meyiti tapıldı](https://lent.az/storage/news/2025/february/13/big/67adf27e793b367adf27e793b417394530546552d0e52d0bbb758d01356603233cbc.jpg)
Bakıda küçədə kişi meyiti tapıldı
13 fevral 2025 , 17:36![Məhkəmə Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERDİ](https://lent.az/storage/news/2025/february/13/big/67ade88b0c84167ade88b0c842173945050767ade88b0c83f67ade88b0c840.jpg)
Məhkəmə Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERDİ
13 fevral 2025 , 16:42![Tiktoker və model Çelsi həbs edildi](https://lent.az/storage/news/2025/february/13/big/67ade48945e6767ade48945e68173944948167ade48945e6567ade48945e66.jpg)
Tiktoker və model Çelsi həbs edildi
13 fevral 2025 , 16:25![Sumqayıtda bağban ağacdan yıxılıb öldü](https://lent.az/storage/news/2025/february/13/big/67add568306a167add568306a2173944560867add5683069f67add568306a0.jpg)