Bakıda gənc qızın maşınını əlindən necə aldılar? – TƏFƏRRÜAT
21 dekabr 2012 12:08 (UTC +04:00)

Bakıda gənc qızın maşınını əlindən necə aldılar? – TƏFƏRRÜAT

Bakıda qəribə maşın oğurluğu hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, X.Şuşinski küçəsində yaşayan 1985-ci il təvəllüdlü Əzimzadə Dinara Çingiz qızı maşının qaçırılması barədə 102 xidmətinə məlumat verib. Məlumata görə, D.Əzimzadə Həzi Aslanov küçəsi 28 ünvanının qarşısında “Hyundai” markalı maşınını saxlamaq istəyib. Lakin o, yol kənarında yer tapa bilməyib. Bu zaman gənc xanıma bir nəfər yaxınlaşıb və maşını yaxınlıqdakı avtodayanacaqda saxlamağı təklif edib. Həmin şəxs dayanacaqda işlədiyini bildirib. D.Əzimzadə açarları həmin şəxsə verib və maşını park etməsini xahiş edib.

 

Bir qədər sonra həmin yerə qayıdan 27 yaşlı qadın maşınını tapa bilməyib. Məlum olub ki, həmin şəxs dayanacaqda işləmir və maşını qaçırıb.

 

Polisə məlumat daxil olandan sonra axtarışlar aparılıb. Maşını qaçıran şəxsin 1972-ci il təvəllüdlü Abdullayev Fuad İslam oğlu olduğu müəyyənləşib və o, avtomobillə birlikdə saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2367

Oxşar yazılar

Bakıda 80 minlik  DƏLƏDUZLUQ

Bakıda 80 minlik DƏLƏDUZLUQ

8 fevral 2025 , 14:41
Türkiyədə selfi çəkən  Nailə qayalıqdan yıxıldı

Türkiyədə selfi çəkən Nailə qayalıqdan yıxıldı

8 fevral 2025 , 14:39
Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu

Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu

8 fevral 2025 , 14:00
İnvestisiya adı ilə dələduzluq edən tutuldu

İnvestisiya adı ilə dələduzluq edən tutuldu

8 fevral 2025 , 13:10
Buz qırıldı, 2 uşaq suda boğuldu

Buz qırıldı, 2 uşaq suda boğuldu

8 fevral 2025 , 11:44
Azərbaycanda 40 nəfər yanaraq  ölüb

Azərbaycanda 40 nəfər yanaraq ölüb

8 fevral 2025 , 11:14
Şamaxıda qumar oynayanlar  tutuldu

Şamaxıda qumar oynayanlar tutuldu

8 fevral 2025 , 10:56
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

8 fevral 2025 , 10:43