Bakıda evdən külli miqdarda pul oğurlanıb. Lent.az-ın məlumatına görə, Xətai rayon sakini, 1948-ci il təvəllüdlü Vaqif Əliyev 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, evindən 10 min manat pul və 4 min manatlıq qızıl oğurlanıb. Şikayətçi qeyd edib ki, aprelin 1-də saat 13-dən 22-dək evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər plastik pəncərəni sındırmaq yolu ilə evə daxil olublar.
Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aaprılır.