Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb. Lent.az xəbər verir ki, Xətai rayonu Babək prospekti 74-də yaşayan Firdovsi Məmmədxanlı polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər mənzildən 30 min manatlıq qızıl aparıb. Şikayətçinin sözlərinə görə, evdə kimsənin olmadığı vaxt oğrular mənzilin eyvanına daxil olublar və dəmir barmaqlıqları sındıraraq mənzilə giriblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.