Bakı şəhərinin Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə və hamamın lambirdən ibarət tavanı 9 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı hamamdan ev sahibi H.N.Əfəndiyevin meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.