<b>Bakıda erməni əsilli Marat Ueldanovun məhkəməsi başlayır</b>
13 aprel 2017 15:29 (UTC +04:00)

Bakıda erməni əsilli Marat Ueldanovun məhkəməsi başlayır

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə həmin məhkəmənin hakimi Samir Əliyev sədrlik edəcək. 

 

Məhkəmə prosesi aprelin 26-da keçiriləcək.

 

Qeyd edək ki, keçən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: “Onun əsl soyadı Qalustyan olub. Bakıda guya o, erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Səlcuq Elçin

Oxşar yazılar