Bakı Metropoliteninin "İçərişəhər" stansiyasının içərisində yerləşən kitab mağazasından oğurluq olub. Lent.az "Report"a istinadən xəbər verir ki, mağazanın sahibi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Sahibkar bildirib ki, mağazadan dəyəri 10 min manata yaxın olan kitablar oğurlanıb. Faktla bağlı Metropoliten Polis Şöbəsində araşdırma aparılır.