Bu gün Bakı şəhəri, Nərimanov rayonunda yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının zirzəmisində istifadəyə yararsız məişət əşyaları 25 m2 sahədə yanıb. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.