Bakıda qadını doğradılar, torbalara yığdılar... - TƏFƏRRÜAT - YENİLƏNİB
13 mart 2013 18:08 (UTC +04:00)

Bakıda qadını doğradılar, torbalara yığdılar... - TƏFƏRRÜAT - YENİLƏNİB

Bu gün Bakı şəhərinin Binəqədi rayonu ərazisində tapılan doğranmış qadın meyiti ilə bağlı bəzi məqamlara aydınlıq gəlib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında bir neçə zibilyığan xüsusi yük maşını paytaxtın Nizami rayonu ərazisindən topladıqları zibilləri Binəqədi rayonu ərazisinə, Baksol qəsəbəsi yaxınlığındakı ümumi zibilliyə gətirib. Burada zibil boşaldılarkən torbalardan insana məxsus bədən əzaları tökülüb. Dərhal polisə və digər orqanlara məlumat verilib. Zibillikdən qadının sağ ayaq və başı istisna olmaqla bütün bədən orqanları və yuxarı ətrafları tapılıb.

 

İlkin araşdırmalarla o da müəyyən edilib ki, doğranaraq torbaya yığılmış qadın meyiti ya Keşlə qəsəbəsindən, ya da Babək prospektindəki restoranlardan birinin qarşısından (restoranın adı məlumdur) götürülüb.

 

Bədən əzalarının 30-35 yaşlı qadına məxsus olması dəqiqləşib.

 

Hazırda dəhşətli cinayəti törətmiş şəxs və ya şəxslərin tutulması, qaranlıq qalan məqamların aydınlaşdırılması istiqamətində iş aparılır.

 

 

***

 

17:32

 

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda bədəninin müxtəlif hissələri kəsilmiş qadın meyiti tapılıb. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Baksol qəsəbəsində zibillikdən tapılan qadın meyitinin qol və ayaqları ayrı-ayrılıqda aşkarlanıb. Qadının başı isə tapılmayıb.

 

Dərhal fakt üzrə əməliyyat qrupu yaradılıb. Hazırda dəhşətli cinayətin kim və ya kimlər tərəfindən törədilməsi və s. araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6406
avatar

Oxşar yazılar