Bakıda narkotik tərkibli bitkinin yetişdirilməsi ilə məşğul olan şəxs müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ NMB və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsində yaşayan, Cəlilabad rayon sakini Əkrəm İmanovun həyətyanı sahəsindən dibçəkdə yetişdirilmiş, yaş çəkisi 980 qram olan 13 ədəd çətənə kolu aşkar edilib.
Ə.İmanovun ətrafında araşdırmalar aparılır.