Bakı şəhər Baş Polis İdarəsi paytaxtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az idarəyə istinadən xəbər verir ki, sentyabrın 14-də saat 10:40 radələrində A.Salamzadə küçəsində Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Kamil Hacıyev idarə etdiyi “Mercedes” C-240 markalı avtomobillə 1972-ci il təvəllüdlü Sədaqət Tağıyevanı və Lənkəran rayon sakini 1967-ci il təvəllüdlü Hikmət Babayevi vurub. Xəstəxanaya yerləşdirilən piyadalar orada ölüb. Faktla bağlı Yasamal RPİ-də araşdırıma aparılır.
*****
11:00
Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində, Abdulvahab Salamzadə küçəsində "Mercedes" markalı avtomobil 1972-ci il təvəllüdlü Tağıyeva Sədaqət Fehruz qızını və 1967-ci ildə anadan olmuş Babayev Hikmət Ağababa oğlunu vurub. Nəticədə hər iki şəxs aldıqları xəsarətdən vəfat edib.
Qeyd edək ki, qəzada dünyasını dəyişənlər dayı və bacısı qızı olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.