Abid Şərifovun ailə üzvü dəhşətli hadisədə öldü - YENİLƏNİB
04 may 2018 15:49 (UTC +04:00)

Abid Şərifovun ailə üzvü dəhşətli hadisədə öldü - YENİLƏNİB

2 gün əvvəl Bakı şəhər Sabunçu rayonunda baş vermiş dəhşətli hadisədə vəfat edən şəxsin baş nazirin sabiq müavini Abid Şərifovun yaxın qohum olduğu məlum olub. Lent.az Bakupost-a istinadən xəbər verir ki, mayın 2-də, gecə saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna vuran sürücü Zahid Şərifov Abid Şərifovun qardaşı oğludur. Qəza nəticəsində sürücü və sərnişinlərindən qəsəbə sakini Elçin Tağıyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

 

Abid Şərifov qəzada vəfat edən ailə üzvünün qardaşının nəvəsi olduğunu deyib.

 

*****

 

2 may

 

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 2-də, saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna vurub. Nəticədə sürücü və sərnişinlərindən qəsəbə sakini Elçin Tağıyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

9:46

 

 

Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, gecə saat 01 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində "Wolksfagen" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən yolun kənarındakı hasara çırpılıb. Nəticədə avtomobildə olan şəxslərdən ikisi hadisə yerində ölüb. Daha iki nəfər isə ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359
avatar

Nizam Rza

Oxşar yazılar