Dekabrın 26-da Bakı şəhərinin Binəqədi rayonu ərazisində faciəvi hadisə baş verib. Dəmir Yolu Nəqliyyatında Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Xaçmaz dəmir yolu xəttinin Keşlə-Biləcəri mənzilində gənc qız qatarın altında qalıb. Məlumata görə, 1986-cı il təvəllüdlü Məmmədova Dilarə Xanəli qızı dəmir yolu xəttini keçmək istəyərkən Keşlə-Şabran qatarı onu vurub. Gənc qız aldığı ağır bədən xəsarətlərindən ölüb.
Hadisə ilə bağlı araşdırmalar başlanılıb, ekspertizalar təyin edilib.