Bakıda 25 yaşlı oğlan intihara cəhd edib. Lent.az-ın məlumatına görə, şəhərin mərkəzindəki “Rast” kafesində 1991-ci il təvəllüdlü Tahir Pirəliyev (ad şərtidir) stolun üstündəki çayniki qıraraq damarlarını doğrayıb. Bilək nahiyyəsindən xəsarət alan gənc tibbi ekspertizadan keçirilib.
İlkin araşdırma zamanı məlum olub ki, T.Pirəliyev cinsi azlıq nümayəndəsidir. O, ifadəsində bildirib ki, kafedə olarkən 3 nəfərin təhqirləri ilə üzləşib və buna görə damarlarını kəsib.
Qeyd edək ki, hadisə gecə saat 05 radələrində baş verib.
T.Pirəliyev başına gələnlərlə bağlı şikayət ərizəsi yazıb və 39-cu Polis Bölməsinə təqdim edib.