Bakıda supermarketdəki yanğında 10 nəfər zəhərlənib - YENİLƏNİB
13 avqust 2016 13:11 (UTC +04:00)

Bakıda supermarketdəki yanğında 10 nəfər zəhərlənib - YENİLƏNİB

 

Fövqəladə Hallar Nazirliyi  Sabunçu rayonunda yerləşən ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə,  vətəndaşa məxsus ümumi sahəsi 4000 m2 olan “BİG” Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb. Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıblar.

 

Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

 

****

 

Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzinin yaxınlığındakı "BigStar" supermarketində baş verən yanğın söndürülüb.

 

Sabunçu Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, FHN-in əməkdaşlarının səyi nəticəsində yanğın tam olaraq söndürülüb. 

 

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

 

****

 

Bakıda fəaliyyət göstərən supemarketlərdən biri yanır.

 

Lent.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzinin yaxınlığındakı "BigStar” supmarketində yanğın baş verib. Yanğının supermarketin anbarında başladığı bildirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışır. Marketdəki insanların hamısı təxliyə edilib.

 

Sabunçu rayon 13-cü Polis Bölməsindən Lent.az-a bildiriblər ki, hazırda yanğın davam edir. Bölmənin əməkdaşları hadisə yerindədirlər. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Səlcuq Elçin

Oxşar yazılar