Bakıda yaşayış binasında <span style="color:red;">YANĞIN :15 sakin təxliyə edildi
17 dekabr 2015 15:48 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN:15 sakin təxliyə edildi

0

Bakının Sabunçu rayonunda beşmərtəbəli binada yanğın baş verib.

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 1 otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 23 kv.m sahədə yanıb.  Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və 15 nəfər bina sakini təxliyə olunub.

 Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar