Bakıda azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilib. Lent.az-ın məlumatına görə, ötən gün Xətai rayonunda Göyçay rayon sakini ,General Mehmandarov küçəsidə kirayə yaşayan Günay Musayeva ( ad və soyad şərtidir) 35-ci Polis Bolməsinə müraciət edərək şikayət edib. Şikayətə əsasən o bildirib ki, ötən gün saat 20 radələrində General Mehmandarov küçəsi 33-də yaşayan 1992-ci il təvəllüdlü Düşdürov Fikrət Əziz oğlu qızı Nigara (ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib. F. Düşdürov polis tərəfindən saxlanılıb. Bu gün onun barəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.