Bakıda axtarışda olanlar həbs edildi
04 iyun 2014 10:55 (UTC +04:00)

Bakıda axtarışda olanlar həbs edildi

Xuliqanlıq maddəsi ilə axtarışda olan 26 yaşlı gənc tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 33-cü Polis Bölməsinin  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü Araz Nəbiyev həbs edilib.

 

Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dələduzluq maddəsi ilə axtarışda olan 1969-cu il təvəllüdlü Qəşəng Məmmədova tutulub.

 

Bundan başqa, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  oğurluq etdiyinə görə axtarışda olan 1992-ci il təvəllüdlü Dilqəm Muradlı da saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919

Oxşar yazılar