Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, noyabrın 30-na keçən gecə naməlum şəxs Gəncə prospektində Anar Zamanova məxsus «Toyota-Prado» markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən 270 manat və sənədlər oğurlayıb. A.Zamanov həmin şəxsi görüb tutmaq istəyərkən «Lada-Priora» markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb. Qeyd olunan tarixdə Sadıqcan küçəsində Zaməddin Sadıqova məxsus «Mercedes» markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən sənədlər və H.Aslanov küçəsində Fazil Məmmədova məxsus «Toyota Land-Cruiser» markalı avtomobildən, şüşəni sındırmaqla qızıl-zinət əşyaları, 2 ədəd mobil telefon oğurlanıb. Bakı şəhər BPİ TŞX, Xətai RPİ CAŞ, TŞX, 35, 36 və 37-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluq və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Adil Cəlilov idarə etdiyi «VAZ-21723» markalı avtomobillə İ.İsmayılov küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı oğurlanmış əşyalar aşkar edilərək götürülüb.