Bakıda avtomobilin vurduğu qadın piyadanın ayağı amputasiya edildi
Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Əhmədli qəsəbəsində minik avtomobili avtobusdan düşən 2 nəfəri - 1954-cü il təvəllüdlü Fərəcullayeva Sara Bayram qızı və 1965-ci il təvəllüdlü Abdullayeva Tamella Zəfər qızını vurub.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
S.Fərəcullayevaya hər iki ayağın sınığı, T.Abdullayevaya sol ayağın sınığı diaqnozu qoyulub. T.Abdullayevanın vəziyyəti ağır olduğundan ayağı amputasiya edilib.
Hər iki yaralı qonşu olub. Hadisə onların yaşadığı ərazidə baş verib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
470