Bakıda avtomobilin vurduğu piyadanın ayaqları amputasiya edilib
23 oktyabr 2019 21:44 (UTC +04:00)

Bakıda avtomobilin vurduğu piyadanın ayaqları amputasiya edilib

 

Bakının Xəzər rayonunda piyadanı avtomobil vurub.

APA-nın məlumatına görə, 1949-cu il təvəllüdlü Abdullayev Səxavət İbadulla oğlu Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində avtomobilin zərbəsilə üzləşib.

Ağır xəsarət alan S.Abdullayev xəstəxanaya yerləşdirilib. Xəsarəti ağır olan yaralının hər iki ayağı amputasiya olunub.

Qəzanın təfərrüatları araşdırılır.

# 765
avatar

Oxşar yazılar