Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, dekabrın 8-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Kürdəmir rayon sakini Şəmistan Fərmanlı “KamAZ” markalı avtomobildən tərəvəz boşaldarkən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Ş.Fərmanlı dekabrın 9-da orada ölüb.
Araşdırma aparılır.