Bakıda avtomobil ər-arvadı vurdu: 1 ölü, 1 yaralı
01 fevral 2013 10:00 (UTC +04:00)

Bakıda avtomobil ər-arvadı vurdu: 1 ölü, 1 yaralı

 

Yanvarın 31-də axşam saatlarında Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Kürdəxanı-Pirşağı yolunda Məmmədov Etibar Hacıbala oğlu idarə etdiyi “Opel Vectra” markalı, 10 VS 973 nömrə nişanlı avtomobillə 2 piyadanı vurub. Nəticədə piyadalar 1962-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Nuriyeva Mahirə Nuru qızı ağır bədən xəsarətləri alıblar. Xəstəxanaya yerləşdirilən yaralılardan M.Nuriyevanın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla əlaqədar Sabunçu PRİ-də cinayət işi başlayıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Nizam Rza

Oxşar yazılar