Bakıda avtobusda 27 yaşlı qıza qarşı cinayət törətdilər
20 dekabr 2012 11:28 (UTC +04:00)

Bakıda avtobusda 27 yaşlı qıza qarşı cinayət törətdilər

Bakıda avtobusda gənc qızın cibindən oğurluq edilib. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1985-ci il təvəllüdlü Nuranə Qurbanova şikayət ərizəsi ilə müraciət edib. N.Qurbanova bildirib ki, 79 saylı marşrut avtobusundan enərkən, Cavadxan küçəsi 64 ünvanın qarşısında gödəkçəsinin cibindən oğurluq edildiyini hiss edib. 27 yaşlı qadın nə qədər çalışsa da, cibindən 700 manat pulu götürmüş şəxsi tapa bilməyib və polisə müraciət etməli olub.

 

Faktla əlaqədar müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2259

Oxşar yazılar