Bakıda ata və oğlu birlikdə quldurluq edib
27 noyabr 2015 13:55 (UTC +04:00)

Bakıda ata və oğlu birlikdə quldurluq edib

0

Bakıda quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 22-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində şəxsiyyəti məlum olmayan 2 nəfər qəsəbə sakini Vüqar Hüseynlinin idarə etdiyi “BMW” markalı avtomobilə sərnişin qismində oturub R.Qəmbərov küçəsinə gedəcəyini bildirib. Həmin ünvanda onlar V.Hüseynlini bıçaqla hədələyib 292 manatını və sənədlərini alıb hadisə yerini tərk ediblər.

 

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qazax rayon sakini Şəhadət Məmmədov və oğlu, əvvəllər məhkum olunmuş Nemət tutulublar.

 

Ətraflarında aparılmış tədbirlərlə onların noyabrın 16-da Bakı şəhər sakini Vera Leşinskayanın 18 manatını və qızıl əşyasını soyğunçuluq yolu ilə almaları da müəyyən edilib.

 

Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar