Bakıda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonu ərazisində hal-hazırda fəaliyyət göstərməyən inzibati binanın anbarının ümumi sahəsi 100 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.