Bakıda ana və oğlunun çürümüş meyiti tapıldı
13 mart 2013 09:34 (UTC +04:00)

Bakıda ana və oğlunun çürümüş meyiti tapıldı

 

Martın 13-nə keçən gecə Bakı şəhərinin Xəzər rayonunda yaşayış evində 2 meyit tapılıb. Rayon polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 15 mənzil 60 ünvanında yaşayan 1938-ci il təvəllüdlü Lidiya Abuşova və onun oğlu 1968-ci ildə anadan olmuş Yuriy Abuşovun meyiti elə yaşadıqları mənzildə aşkarlanıb. Meyitlər ekspertiza olunması üçün göndərilib.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, hər iki meyitin üzərində çürümə əlamətləri olub. Ana və oğlunun bir neçə gün əvvəl öldüyü bildirilir. İlkin ehtimala görə onlar qida zəhərlənməsindən ölüblər.

 

Fakt üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5106
avatar

Nizam Rza

Oxşar yazılar