Bakı şəhərinin Nərimanov rayonu ərazisində əcnəbi ölkə vətəndaşını qətlə yetirən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 2-də Ə.Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilderi iki bıçaq zərbəsi ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
DİN BCAİ, Bakı Şəhər BPİ CAİ, NHİX, TŞX, Nərimanov RPİ CAŞ, TŞX, 18-ci PB, Şabran RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini əvvəllər məhkum olunmuş Elman İsgəndərov mayın 5-də yaxalanıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.