Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyunun 12-si saat 12 radələrində Xətai rayonu Zığ yolunda Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ziya Abbasov idarə etdiyi «Niva» markalı avtomobillə 1942-ci il təvəllüdlü Solmaz Hacıverdiyevanı vurub. Nəticədə S.Hacıverdiyeva xəstəxanaya daxil olub və orada ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.