Bakıda ağır qəza: <span style="color:red;">ölən var
12 fevral 2015 15:32 (UTC +04:00)

Bakıda ağır qəza: ölən var

Bakıda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 10-da saat 22:00 radələrində, Moskva prospektində Şəki rayon sakini 1968-ci il təvəllüdlü Rauf Mustafayev idarə etdiyi “Tofaş” markalı avtomobillə Tovuz rayon sakini 1974-cü il təvəllüdlü Arzu Qasımovu vurub. Avtoqəzada ağır bədən xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib. A.Qasımovu fevralın 11-də saat 17:40-da orada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 85
avatar

Səlcuq Elçin

Oxşar yazılar