Bakıda ağır qəza: <span style="color:red;">21 yaşlı oğlan öldü
07 aprel 2014 10:32 (UTC +04:00)

Bakıda ağır qəza: 21 yaşlı oğlan öldü

Aprelin 6-sı saat 00:20 radələrində Nəsimi rayonu Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Aydın Əsgərovun idarə etdiyi «Mercedes» markalı və 1978-ci il təvəllüdlü Oktay İsmayılzadənin idarə etdiyi «Pejo» markalı avtomobillər toqquşub. Nəticədə, O.İsmayılzadə avtomobilin idarəetməsini itirərək yolun kənarında hərəkətdə olan piyada 1993-cü il təvəllüdlü Tahir Dibirovu vurub.

 

Qəza nəticəsində O.İsmayılzadənin sərnişini 1993-cü il təvəllüdlü Kənan Həsənli xəsarətlə Kliniki Tibbi Mərkəzə daxil olub. K.Həsənli xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırmalar aparılır.

# 1281
avatar

Oxşar yazılar