Bakıda ağır qəza: 1 ölü, 1 yaralı
28 sentyabr 2013 12:59 (UTC +04:00)

Bakıda ağır qəza: 1 ölü, 1 yaralı

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə sentyabrın 28-də saat 01.00 radələrində Bakı - Mərdəkan yolunda paytaxt sakini Əfqan Axundov idarə etdiyi «Reno» markalı avtomaşını dirəyə vurub və idarəetməni itirərək aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, maşında olan sərnişin, sürücünün oğlu Rasim Axundov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892
avatar

Oxşar yazılar