Bakıda "BMW" sürücüsü yol polisini qəsdən vurub
30 iyun 2015 18:22 (UTC +04:00)

Bakıda "BMW" sürücüsü yol polisini qəsdən vurub

Bu günlərdə Bakıda yol polisinə qarşı cinayət törədilib. Lent.az-ın məlumatına görə, Neftçilər prospektində Bakışəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı, polis serjantı Rzayev Fərid Oqtay oğlu qaydaları pozan avtomobilin srücüsünü saxlamağa çalışıb. Bu zaman "BMW" markalı, 10 PR 888 nömrə nişanlı avtomobilin sürücüsü tabesizlik göstərib və nəqliyyat vasitəsini 28 yaşlı yol polisi inspektorunun üzərinə sürərək onu vurub. Dərhal hadisə yerindən yayınan avtomobil bir qədər sonra H.Z.Tağıyev küçəsində tapılıb. Məlum olub ki, avtomobil 1983-cüil təvəllüdlü Hacıyev Vüqar Qüdrətoğluna məxsusdur.

 

Xəsarət alan yol polisi əməkdaşı tibbi ekspertizaya göndərilib. 

 

Qeyd edək ki, F.Rzayev yazdığı izahatda həmin avtomobili sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə saxlama istədiyini qeyd edib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Nizam Rza

Oxşar yazılar