Bakıda “Prado” külə döndü
12 yanvar 2013 11:43 (UTC +04:00)

Bakıda “Prado” külə döndü

0

Bakı şəhəri, Səbail rayonunda avtomobil  yanaraq külə dönüb. Səbail rayon Polis Idarəsindən Lent.az-a verilən məlumata görə, Lermontov küçəsi, 80 ünvanında Hüseynov Rahib Çingiz oğluna məxsus 10AH 928 nömrə nişanlı "Land Cruiser Prado " markalı minik avtomobilinin mühərrikində baş vermiş qısa qapanma nəticəsində maşın yanıb. Ətrafdakıların köməyi ilə sürücünün həyatını xilas etmək mümkün olub. Avtomobil isə tamamilə yararsız hala düşüb.
 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə edilib. Yanğın saat 22:41-də söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6883

Oxşar yazılar