Bakı şəhərinin Yasamal rayonu ərazisində marketdən oğurluq edilib. 26-cı Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, gecə saatlarında naməlum şəxs və ya şəxslər Nərimanov küçəsi 57/24 ünvanında yerləşən “Halal” marketin qapısının qıfılını sındırmaq yolu ilə içəri daxil olub. Marketdən 1500 manat pul, 1071 manat dəyərində tütün məmulatları, 300 manatlıq danışıq kartları və s. oğurlanıb.
Hazırda oğurluq əməlini törətmiş şəxs və ya şəxslərin yaxalanaraq istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.