Oktyabrın 31-də saat 15:35 radələrində Bakının Pirallahı rayonu ərazisində bədbəxt hadisə baş verib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, qəsəbədə həyətlərin birində daş hasar uçub. Uçqun nəticəsində 2004-cü il təvəllüdlü Fərzəliyev Çingiz Telman oğlu daşların altında qalıb. O hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.