Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu, Heydər Əliyev prospekti 81 ünvanının qarşısında Əmirov Fəxrəddin Nəsir oğlu idarə etdiyi “Hyundai Accent” markalı, 90 XT 346 dövlət nömrə nişanlı avtomobillə yolu keçən 1934-cü il təvəllüdlü Əbiyev Əlişan Hüseynqulu oğlunu vurub.
Kliniki Tibbi Mərkəzə yerləşdirilən 81 yaşlı piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.