Bakı şəhərinin Səbail rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salyan şosesində “VAZ 2105” markalı avtomobil 1952-ci il təvəllüdlü Məhərrəmova Sulduz Əhməd qızını vurub. Qadın hadisə yerindəcə keçinib.
Faktla əlaqədar cinayət işi açılıb. Araşdırmalar aparılır.