Bakıda 50 ev su altında qaldı
24 aprel 2013 12:26 (UTC +04:00)

Bakıda 50 ev su altında qaldı

0

Bakıda yaşayış evlərini su basıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, aprelin 23-24-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Sabunçu rayonunda bəzi ərazilərin yağış və qrunt suları ilə dolması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri dərhal əraziyə cəlb edilib. Hazırda mülki müdafiə qoşunlarının və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası ərazidədir.

 

İlkin məlumata görə, təxminən 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın insan xilas olunub. Ərazidə xilasetmə işləri davam etdirilir, yaranan vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1898

Oxşar yazılar