Bakıda 5-ci mərtəbədən yıxılan qız sağ qaldı
16 may 2013 15:59 (UTC +04:00)

Bakıda 5-ci mərtəbədən yıxılan qız sağ qaldı

Bakıda 5-ci mərtəbədən yıxılan qız sağ qalıb.


 

Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.

 

Hadisə bu gün Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 B ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 26 yaşlı Mələk Nizami qızı Salahova yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə Suraxanı Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları gəlib. Hadisənin intihar olub-olmaması araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1423

Oxşar yazılar