Bakıda 45 yaşlı kişi özünü öldürüb. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində, 20-ci Qurultay küçəsi 28 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Abbasov Rahib Arif oğlu özünü yaşadığı evin həyətindəki tövlədə asıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntiharın səbəbləri araşdırılır.
Qeyd edək ki, intihar etmiş 45 yaşlı R.Abbasov xeyli müddət imiş ki, sürücü işləyirmiş. O sudaşıyan avtomobillə evlərə su aparırmış.