Bakıda 3 yaşlı uşağın dəhşətli ölümünün <span style="color:red;">TƏFƏRRÜATI  - <span style="color:red;">YENİLƏNİB
30 sentyabr 2015 15:20 (UTC +04:00)

Bakıda 3 yaşlı uşağın dəhşətli ölümünün TƏFƏRRÜATI - YENİLƏNİB

Bakının Xəzər rayonunda 3 yaşlı uşağın ölümü ilə nəticələnmiş dəhşətli hadisənin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Buzovna qəsəbəsindəki fərdi yaşayış evlərindən birində yaşayan 3 yaşlı Xəyal Mehdiyev diqqətsizliyin və səhlənkarlığın qurbanı olub. Belə ki, sentyabrın 28-də azyaşlı evin həyətindəki mətbəxdən alışqanı götürüb və ehtiyatsızlıq nəticəsində köynəyini yandırıb. Bu zaman X.Mehdiyevin yanında kimsə olmayıb, onun ailə üzvləri evdə imiş.

 

Azyaşlının səsinə gələn valideynləri onu təcili xəstəxanaya aparıblar. Lakin həkimlərin səyinə baxmayaraq 3 yaşlı Xəyalın həyatını xilas etmək mümkün olmayıb.

 

 

*****

 

12:30

 

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 28-də Xəzər rayonunun Buzovna qəsəbəsində qəsəbə sakini, 3 yaşlı Xəyal Mehdiyev alışqanla ehtiyatsız davrandığından yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş X.Mehdiyev sentyabrın 29-da orada ölüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Nizam Rza

Oxşar yazılar