Bakıda oğurluq etmiş 3 nəfər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Səbail RPİ TŞX və 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da A.Nəsirov küçəsində yerləşən, Bakı şəhər sakini Fatimə Həsənzadəyə məxsus köşkdən, qapını sındırmaqla tütün məmulatları, danışıq kartları, sərinləşdirici içkilər oğurlanıb. Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1996-cı il təvəllüdlü Nazir Əsədullayev, 1990-cı il təvəllüdlü Əhməd Əhmədov və 1985-ci il təvəllüdlü Sadiq Nəzərovu tutulub.
Qadına məxsus köşkdən oğurluq edən 3 nəfər tutuldu
77