Bakıda 30 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
20 iyun 2019 08:04 (UTC +04:00)

Bakıda 30 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb

 

Bakının Nizami rayonunda bədbəxt hadisə olub.

APA xəbər verir ki, M.Rüstəmov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Ruziyyə Hacıyeva yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılıb.

Nəticədə qadın hadisə yerində dünyasını dəyişib. Onun ehtiyatsızlıqdan yıxıldığı bildirilir.

Hadisənin təfərrüatlarını Nizami rayon Prokurorluğu araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar