Bakıda 2 nəfər bıçaqlanıb
08 dekabr 2015 10:21 (UTC +04:00)

Bakıda 2 nəfər bıçaqlanıb

0

 

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 5-də Müşfiqabad qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Vüqar Bəşirova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Rövşən Ağacanov tutulub.

 

Digər bıçaqlanma hadisəsi Sabunçuda qeydə alınıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 7-də I Zabrat qəsəbəsində 1979-cu il təvəllüdlü Rövşən Ağayevə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İlqar Vəliyev tutulub.

 

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar